Logo
news content
User
Kateqoriyalar

Xəbər

Niderland, Almaniya və Danimarka üçlüyü Ukraynaya 100-dən çox tank verəcək

Ukraynaya tank tədarükü ilə bağlı razılaşma yekun mərhələyə daxil olur. Artıq hər bir ölkənin nə qədər tank verə biləcəyi ilə bağlı siyahı aydınlaşır.

Pressklub.az UNIAN-a istinadla xəbər verir ki, Niderland Almaniya və Danimarka ilə birlikdə Ukraynaya 100-dən çox “Leopard” verəcyini açıqlayıb.

Bunu Ukraynada səfərdə olan Niderlandın Baş naziri Mark Rutte Prezident Volodimir Zelenski ilə görüşün yekununa dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynaya “Leopard2” tankları, həmçinin “Patriot” zenit-raket kompleksi və döyüş sursatları təhvil veriləcək.

Jurnalistlərin tankın tədarükü ilə bağlı sualına cavab olaraq hökumət başçısı bunun mümkün qədər tez olacağını deyib.

Xatırladaq ki, Mark Rutte fevralın 17-də Ukraynaya səfər edib.