Netanyahu: İranın sursat istehsalının 70%-ni məhv etmişik
05 Aprel 2026
İsrailin baş naziri Benyamin Netanyahu İranın hərbi-sənaye imkanlarına zərbələr endirildiyini açıqlayıb.
Bu barədə o, “X” hesabında yazıb.
“Sizə söz vermişdim ki, Tehranda mübarizəmizi davam etdirəcəyik və hazırda bunu edirik. Onların sursat istehsal potensialının 70%-ni məhv etdikdən sonra bu gün neft-kimya zavodlarına hücum etdik”, – deyə Netanyahu bildirib.
O qeyd edib ki, İsrail Silahlı Qüvvələri İranın enerji obyektlərinə zərbələri davam etdirəcək.