Logo
news content
User
Kateqoriyalar

Xəbər

Neft fontan vurur

Dünya bazarlarında “Brent” markalı neftin qiyməti 2014-cü il oktyabrın 6-dan sonra ilk dəfə olaraq, 1 barel üçün 93 ABŞ dollarını ötüb.

Şimal dənizində hasil olunan “Brent” markalı neftin aprel fyuçersləri 0,21 % bahalaşaraq, 1 bareli 93,47 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə əksinə 0,29 % düşərək, 1 bareli 92,04 ABŞ dolları təşkil edib.

Qiymət artımına müsbət təsir edən amil OPEC+ alyansının iclasında planlaşdırılan aylıq hasilatın artırılmaması haqqında qərarın qəbul olunmasıdır.

Bundan başqa, Texas ştatında qeydə alınan şaxtalı hava şəraiti ABŞ-da “qara qızıl”a olan tələbin artmasına səbəb olub.