Nazarbayev ürəyindən əməliyyat olunub
20 Yanvar 2023
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub.
TASS xəbər verir ki, bu barədə sabiq Prezidentin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, əməliyyat uğurlu alınıb, keçmiş dövlət başçısının həyatı üçün təhlükə yoxdur.
Xatırladaq ki, N.Nazarbayev 1990-2019-cu illərdə Qazaxıstanın dövlət başçısı kimi fəaliyyət göstərib. O, eyni zamanda Qazaxıstan Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideridir.