Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Bakıya gələn İsrail prezidentinə yol verilməməsinə aydınlıq gətirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqun COP-29-da iştirak etmək üçün onun təyyarəsinin Azərbaycana Türkiyə hava məkanından istifadə edərək keçməsinə icazə verilməməsi məsələsini şərh edib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G-20 sammiti çərçivəsində baş tutan mətbuat konfransı zamanı danışıb.

“Bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik. Daha fərqli xətlər, imkanlar var. Oralardan getməsini dedik. Amma gedib ya gedə bilmədiyini də bilmirəm. Biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik”.