ABŞ Ukraynaya HHM vasitələri və zirehli texnikalar göndərəcək
19 Noyabr 2024
Rəsmi Vaşinqton yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi ayıracaq.
Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild dünya təşkilatının Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunmuş iclasında bildirib.
“Biz Ukraynaya dəstəyimizi artıracağıq və yaxın günlərdə hərbi yardımın yeni partiyasını elan edəcəyik”, - deyə o bildirib.
Onun sözlərinə görə, növbəti hərbi yardım paketinə hava hücumundan müdafiə vasitələri və zirehli texnikalar daxil olacaq.