Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə Araşdırmaları İnstitutu: "Yardımların azalması Ukraynanın imkanlarını iflasa uğradacaq"

Qərbin yardımlarında gecikmələr Ukraynanın artilleriya çatışmazlığını daha da gücləndirir.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu bildirib.

Qeyd olunub ki, bu, gələcəkdə Ukraynanın döyüşləri davam etdirməsinə mənfi təsir göstərə bilər: “Qərbin Ukraynaya yardımının azalması Ukraynanın özünü müdafiə etmək və Rusiyaya müqavimət göstərmək imkanlarını iflasa uğradacaq. Ekspertlərin və vəzifəli şəxslərin fikrincə, Avropa ABŞ-nin Ukraynaya əvvəllər verdiyi dəstəyi əvəz etməkdə çətinlik çəkəcək”.

Xatırladaq ki, Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova fevralın 9-da “Bloomberg”ə müsahibəsində demişdi ki, Ukrayna ciddi raket çatışmazlığı ilə üzləşib. Onun fikrincə, Ukraynaya dəstəyi davam etdirməyin alternativi yoxdur.