Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müctəba Xamenei "ortaya çıxdı": Müqavimət davam edəcək

İranın Ali rəhbəri Müctəba Xamenei ölkəsinin ABŞ və İsrailə qarşı müqavimət kursunun davam etdiriləcəyini bildirib.

Bu barədə onun "X" sosial şəbəkəsindəki bəyanatında qeyd olunub.

"Mən birmənalı şəkildə bəyan edirəm ki, İmam Xomeyni və həlak olmuş lider (Ayətullah Əli Xamenei - red.) tərəfindən əsası qoyulan İranın ardıcıl siyasəti ABŞ və İsrailin hərəkətlərinə müqavimətin davam etdirilməsindən ibarətdir", - məlumatda vurğulanıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.