Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Mossad" İranda əməliyyat keçirib

İsrailin Mossad kəşfiyyat qurumunun agentləri İranda əməliyyat keçirdiklərini iddia edirlər. Məlumata görə, məqsəd Kiprdə İranın israillilərə hücum planına başçılıq etmiş şübhəli lideri tutmaq olub.

Mossad-ın iyunun 29-da yaydığı bəyanatda şübhəlinin adı Yusif Şahbazi Abbasəlili göstərilir. İddia olunur ki, o, “İran İslam İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəlilərindən detallı təlimatlar və silahlar alıb”.

Rəhbərin İİKK-nın aparıcı lideri olduğu deyilir


Kəşfiyyat agentliyi şübhəlinin dindirildiyi bildirilən video yayıb.

Farsca Azərbaycan ləhcəsiylə danışan həmin şəxs videoda deyir ki, rəhbəri ona Kiprdə İsrail və yəhudi hədəflərini müəyyənləşdirərək onlara hücum etmək göstərişi verib. Mossad həmin rəhbərin İİKK-nın aparıcı lideri olduğunu bildirir.

Şübhəlinin sözlərinə görə, hədəfi nəzarətə götürüb, həmin şəxsin Kiprdəki evinin fotolarını çəkib. Ancaq polisin onun izinə düşdüyü xəbərini alan kimi adadan gedib, İrana qayıdıb.

Şübhəli əməliyyat zamanı iranlılar, pakistanlılar, kiprlilərlə birlikdə işlədiyini deyib.

Videodan şübhəlinin təzyiq altında danışıb-danışmadığı aydın olmur.

Mossad əməliyyatın nə vaxt keçirildiyini, Kiprdə planlaşdırıldığı iddia olunan hücumun detallarını açıqlamır.