Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mixeil Saakaşvili məhkəmədə gürcü xalqına müraciət edib

Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvili Tbilisi Şəhər Məhkəməsində çıxışı zamanı gürcü xalqına müraciət edib.

O, gürcüləri vətənlərinə görə qürur hissi keçirib-keçirmədikləri və onların inkişaf sürəti üçün darıxıb-darıxmadıqları ilə bağlı sual ünvanlayıb.

O bildirib ki, həbsdən öncə Gürcüstanda bir neçə nəfərlə ünsiyyətdə olub və insanların çox bədbəxt olduğunu görüb.

M.Saakaşvili qeyd edib ki, bu gün ölkədə baş verənlərə birgə son qoyulmalıdır.