Logo
news content
User
Kateqoriyalar

Xəbər

Misir Mərdanov rüşvətdən danışdı: "Belə adamları qəbul etməmişəm..."




Keçmiş təhsil naziri Misir Mərdanov yeni açıqlaması ilə diqqət çəkib.

“1inci TV” adlı “YouTube” layihəsinə qonaq olan Mərdanov məktəb direktorlarının rüşvət almaları ilə bağlı yayılan xəbərlərdən danışıb.

Sabiq nazir xoşagəlməz hal yaradan direktorların təhsil sisteminə yaxın buraxılmamasının tərəfdarı olduğunu bildirib. Misir Mərdanov nazir işlədiyi dövrlərdə rüşvət almadığını da etiraf edib:

“Elə məktəb direktoru var, 2 500 manat maaş alır. Bu, az pul deyil. Mənim elə özümün burada aylıq əməkhaqqım 900 AZN-dir. Bu qədər maaş alan direktor həm də bunu edirsə, deməli, həmin şəxs sistemə yaxın qoyulmamalıdır. Təəssüf ki, belə hallar əvvəllər də olub, indi də olub, gələcəkdə də olacaq. Mənə rüşvət təklif edən olmayıb. Lakin sonralar hiss etmişəm ki, birisi mənə nəsə etmək istəyib, həmin adamı qəbul etməmişəm”.

Xatırladaq ki, Misir Mərdanov 1998-ci ilin martından 2013-cü il aprelin 18-nə qədər Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.