
Mirzoyan: İrəvan və Bakı sülh sazişi qüvvəyə mindikdən sonra iddialarını geri götürəcək
15 Mart 2025
Sülh sazişi qüvvəyə mindikdən sonra Ermənistan və Azərbaycan beynəlxalq iddialarını eyni vaxtda geri götürəcək.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni KİV-ə bildirib.
"Saziş qüvvəyə mindikdə və tərəflər iddialarını geri götürdükdə hər iki tərəf saziş imzalanana qədər tərəflər arasında mövcud olan problemlərlə bağlı bir-birinə qarşı gələcəkdə iddia irəli sürməməyi eyni vaxtda öhdəsinə götürür", - o vurğulayıb.