Mətbuat Şurasının məlumatı
21 Mart 2023
Jurnalist cəmiyyəti obyektiv şəkildə məlumatlandırmaq, ictimai rəyi düzgün istiqamətləndirmək missiyasını heç zaman unutmamalı, soyuq davranaraq hər hansı kənar təsirə məruz qalmamalı, səsləndirdiyi fikirlərin insanlar tərəfindən birmənalı qarşılanmamaq riskini nəzərə almalıdır. Bu mənada jurnalist Fərdin İsazadənin “NoyanTapan” adlı erməni YouTube kanalında yayımlanmış “Yumşaq güc” verilişində Azərbaycanın Novruz adətlərinin qeyri-insani tərzdə təqdimatına cavab mahiyyəti daşıyan satirik video hazırlayıb yayması da yolverilməzdir.
F.İsazadə zorakılığa çağırış kimi qələmə verilə biləcək mübahisəli fikirlər səsləndirməkdənsə, Novruz bayramının gerçək bəşəri mahiyyətini izah etməli, "NoyanTapan" erməni YouTube kanalının materialının cəfəng xarakter daşıdığını göstərməli, bildirməli idi ki, medianın bu sayaq davranışları region xalqları arasında dayanıqlı sülhün əldə olunmasına maneçilik törədir.
F.İzazadənin fikirləri jurnalistin şəxsi yumoristik yanaşmasıdır. Azərbaycan mediası bu videonu paylaşmayıb və ona informasiya məzmunu qazandırmaqdan uzaqdır. Belə təmayüllər ölkəmizin qanunvericiliyinə, konkret olaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.2-ci maddəsinin zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatların, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışların informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılmasının qadağan olunmasına dair tələbinə ziddir. Bu kimi hallar, eyni zamanda, Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarındakı “jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır” müddəası baxımından da yolverilməzdir.
Mətbuat Şurası Azərbaycanın media təmsilçilərinə müraciət edərək hər bir təqdimatın həssaslıq dərəcəsi barədə ciddi şəkildə düşünməyə çağırır. Şura ayrı-ayrı vətəndaşlara da müxtəlif sosial şəbəkə profillərindəki paylaşımlarında yuxarıda qeyd edilən məqamları nəzərə almağı, ehtiyatlı olmağı tövsiyə edir.
Azərbaycan Mətbuat Şurası, həmçinin, bildirir ki, azərbaycanlılara qarşı zorakılıq hallarının təbliği Ermənistan jurnalistləri arasında dəfələrlə müşahidə olunub. Onlar da bir çox hallarda milli ayrıseçkiliyə, nifrət məzmunlu çağırışlara üstünlük veriblər. Təəssüf ki, eyni xoşagəlməz hallar indi də yaşanmaqdadır. Ümid edirik ki, Ermənistan Kütləvi İnformasiya Vasitələrində Etika üzrə Müşahidə Şurası da məsələyə diqqət yetirəcək, Ermənistan mediasında Azərbaycan dövləti və xalqına qarşı aşağılayıcı rəftarın, hiddətin, qəzəbin aradan qalxmasına dəstəyini göstərəcək, bununla bağlı prinsipial mövqeyini ortaya qoyacaqdır.