Logo
news content
User
Kateqoriyalar

Xəbər

Medvedevdən qorxulu açıqlama: “Rusiyasız dünya olmasın...”

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bütün bəşəriyyəti hədələyən mesajlar verib.

Pressklub.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Medvedev bəyan edib ki, əgər Rusiyanın mövcudluğu məsələsi qaldırılsa, o zaman bütün bəşəriyyətin mövcudluğu sual altına düşəcək.

"Rusiyanın mövcudluğu ciddi şəkildə qaldırılsa, bu, Ukrayna cəbhəsində həll olunmayacaq, bütün bəşəriyyətin gələcəyi məsələsi ilə birgə həll olunacaq. Başqa fikir ola da bilməz. Rusiyasız dünya bizə lazım deyil".

Medvedev bəyan edib ki, Rusiyanın düşmənləri Ukraynanı silah-sursatla təchiz edib, mümkün danışıqlara mane olurlar:

"Bizim düşmənlərimiz məhz bununla məşğul olurlar və başa düşmək istəmirlər ki, onların bu məqsədi total fiaskoya aparıb çıxaracaq. Hamının məğlubiyyətinə. İflasa. Qiyamətə..."