Lavrov və Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
14 Aprel 2023
Aprelin 14-də Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiya XİN başçısı Sergey Lavrov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında söhbət baş tutub.
RF XİN-in mətbuat xidmətinin məlumatında deyilir ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini və regional məsələləri müzakirə ediblər.
"Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illərdə əldə etdikləri razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin artırılmasının vacibliyi qeyd edilib", deyə məlumatda bildirilir.