Lavrov Bakıya nə vaxt gələcək? - Vaxt açıqlandı
22 Fevral 2023
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gözlənilən səfərinin vaxtı açıqlanıb.
Pressklub.az TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya XİN nümayəndəsi Mariya Zaxarova sıfırin 27-28 fevral tarixlərində baş tutacağını bildirib.
Lavrov səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar aparacaq.
Səfər Moskva və Bakı arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalanmasının ildönümünə təsadüf edir.
"Prezident İlham Əliyevlə görüş, həmçinin xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar gözlənilir. Bakıda dialoq zamanı ikitərəfli münasibətlərə dair məsələlərin bütün kompleksinə, aktual regional və beynəlxalq problemlərə baxılması nəzərdə tutulur, Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr 2020 - ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılaşmalarının reallaşmasının gedişinə xüsusi diqqət yetiriləcək", - Zaxarova vurğulayıb.