Logo
news content
User
Kateqoriyalar

Xəbər

Koçaryan və Sarqsyanın işini araşdıran üç prokuror eyni vaxtda istefa verdi

Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar eyni vaxtda tutduqları vəzifələrdən istefa ərizələri yazıblar.

Ermənistan mətbuatının məlumatına görə, Robert Koçaryanın işi ilə məşğul olan baş prokurorun müavini Gevorq Baqdasaryan və prokuror Petros Petrosyan, həmçinin Serj Sarqsyanın işinə nəzarət edən prokuror Arsen Martirosyan istefa veriblər.

Səbəblər barədə məlumat verilmir və heç bir rəsmi təsdiq yoxdur.

Baş Prokurorluq hələ ki, məlumatı şərh etməyib.