KİV: Ukraynada 20-dən çox rusiyalı general ölüb
09 Fevral 2023
Yaponiya mediası ABŞ və Avropa ilə əməkdaşlıq çərçivəsində toplanmış kəşfiyyat məlumatlarına əsaslanaraq Ukraynada ölən rusiyalı generalların ümumi sayının 20-dən çox olduğunu təxmin edir.
Pressklub.az xəbər verir ki, bu barədə "Asia Nikkei" nəşri məlumat yayıb.
Yaponiyanın Quru Özünümüdafiə Qüvvələrinin keçmiş qərargah rəisi, istefada olan general Kiyofumi İvata bildirib ki, bu rəqəm “inanılmaz dərəcədə yüksək olacaq”.
Geniş yayılmış nəzəriyyəyə görə, Ukrayna mobil telefonu siqnallarını izləməklə bu komandirləri hədəf alıb. Kiyofumi İvata öldürülən generalların çoxluğunu Ukrayna ordusunun kibermüharibə üstünlüyü ilə əlaqələndirib və bildirib ki, bu üstünlük Kiyevə generalların yerlərini öyrənməyə imkan verir.
“Generalın ölümü əsgərlərin əhval-ruhiyyəsini zəiflədir”, - o deyib.
Yaponiya kəşfiyyatının yüksək rütbəli rəsmisi başqa bir ehtimal irəli sürərək bunu Donbass və Luqanskdan Ukraynaya ötürülən məlumatlarla əlaqələndirib. Onun fikrincə, Donetsk və Luqansk vilayətlərində Ukraynaya məlumat verən informatorlar ola bilər.