KİV: Rusiya zəlzələ bölgəsinə yardım aparmağa mane olur
13 Fevral 2023
“Rusiya hakerləri Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmağa mane olur”. Böyük Britaniyanın “The Telegraph” qəzeti belə yazır.
NATO-nun Belçikada yerləşən Xüsusi Əməliyyatlar Qərargahının, digər strukturlarının haker hücumlarına məruz qaldığını xatırladan qəzet bildirir ki, strateji hava daşımalarında alyansın dəstəyinə güvənən beynəlxalq şəbəkə də hücumlardan ziyan çəkib: “Nəticədə Türkiyə və Suriyaya yardım aparan hərbi təyyarələrin işi əngəllənib, həmin təyyarələrlə NATO arasında əlaqə kəsilib”.
Haker hücumlarının arxasında Rusiyanın “Killnet” qrupunun dayandığı bildirilir. Rusiya 2022-ci ilin fevralında Ukraynada total müharibəyə başlayandan bəri “Killnet” NATO ölkələrinə qarşı bir neçə hücum həyata keçirib.
Fevralın 6-da Türkiyə və Suriyada əsrin ən dağıdıcı zəlzələlərindən biri baş verib. Fevralın 13-ü günorta saatlarına olan açıqlamalarda Türkiyədə ölənlərin sayı 31000-dən, Suriyada isə 8500-dən çox göstərilir. Bu, son rəqəmlər deyil, ölənlərin sayı hələ də artır.