Logo
news content
User
Kateqoriyalar

Xəbər

Araşdırma

“Kiminsə burdan sağ çıxması artıq ikiqat möcüzə sayılır...” - FOTOLENT

 Əməkdaşımız Seymur Kazımov zəlzələ bölgəsində

Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması, axtarış və xilasetmə işləri davam etdirilir. Pressklub.az-ın əməkdaşı Seymur Kazımovun hadisə yerindən verdiyi məlumata görə, dağıntıların altından sağ insanların çıxarılmasına inam getdikcə azalır, lakin xilasedicilər işlərini davam etdirirlər: “İndi, zəlzələdən 8 gün keçdikdən sonra bu fəlakətdən kiminsə sağ çıxması artıq möcüzə sayılır. Amma vəziyyət elədir ki. İndi möcüzələrə də ümid edirik və həm Türkiyənin, həm də dünyanın müxtəlif bölgələrindən gəlmiş xilasedicilər işlərini inamla, israrla davam etdirirlər”.

Əməkdaşımız bildirir ki, həm soyuq hava şəraiti, həm də zamanın uzanması səbəbindən uçqun altında kiminsə sağ qalması çətin görünür. Buna baxmayaraq, axtarış-xilasetmə işləri dayandırılmayıb, hər bir insan, hər bir həyat üçün mübarizə gedir”. 

Əməkdaşımızın Kahramanmaraş şəhərindən göndərdiyi gotoları təqdim edirik.

[gallery td_select_gallery_slide="slide" ids="210055,209994,210033,210030,210027,210024,210021,210018,210012,210009,210006,210000,209997"]

Press Klub