Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kılıçdaroğluna qarşı təxribat - "Fatihə oxumağı bilmir” - VİDEO

Türkiyə müxalifətinin prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu Ramazan bayramında zəlzələ qurbanlarını anmaq üçün Adıyaman vilayətinə gedib.  

Türkiyə mediası xəbər verir ki, Kılıçdaroğlu bələdiyyə qəbiristanlığında zəlzələdə həyatını itirənlərə dua edərkən bir vətəndaş tərəfindən sərt reaksiya görüb.

“Bu, Fatihə oxumağı bilmir. Sən niyə buna Fatihə oxutdurursan?”, - deyən sakin Prezidentliyə namizədi ora dəvət edənlərə qışqırıb.

Ətrafdakılar tərəfindən sərt reaksiya görən vətəndaş ərazidən uzaqlaşdırılıb.