Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kefli İsgəndər real şəxs olub - Məzarının FOTO-su yayıldı

Sosial şəbəkələrdə Kefli İsgəndərin məzarının fotosunu yayılıb.

Fotonu Akademik Milli Dram Teatrının rəsmi feysbuk səhifəsi yayıb.

Paylaşımda bildirilir:

"Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin qəhrəmanı Kefli İsgəndərin real şəxsiyyət olduğu bir neçə mənbədən bizə məlumdur. Bir sıra mənbələrdə onun sovet hökuməti Azərbaycanda qurulduqdan sonra Türkiyəyə mühacirət etdiyini və orada dəfn olunduğunu yazılır.

Əslində isə Kefli İsgəndər 1918-ci ildə cavan yaşlarında dünyasını dəyişib. Əslən Ağcəbədi rayonunun Hüsülü kəndindən olan İsgəndər Hacı oğlunun qəbri də elə doğulduğu kənddədir.
Dövrün maarifçiləri arasında ziyalılığı, aydın fikirliliyi ilə tanınan bu şəxsin sorağı Mirzə Cəlilə Ağcabədidə dərs dediyi vaxtlarda çatır. Bu da təxminən 19-cu əsrin son, 20-ci əsrin ilk illərinə təsadüf edir.

Kefli İsgəndərin məzarının fotosunu təqdim edirik. Məzarın üzərində "Kefli İsgəndər Hacı oğlu" sözləri yazılıb" .