Logo
news content
User
Kateqoriyalar

Xəbər

Keçmiş vitse-prezident ABŞ prezidentliyinə namizəd oldu

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens 2024-cü ilin noyabrında ölkədə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib.

TASS xəbər verir ki, müvafiq məlumat bu gün ABŞ Federal Seçki Komissiyasının saytında dərc olunub.

Pens Respublikaçılar Partiyasını təmsil edir. O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün keçmiş dövlət başçısı Donald Trampla yarışacaq.