Katolikos sülhə qarşı: II Qaregin Qarabağı Azəbaycanın tərkibində görmür
20 Aprel 2023
Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid edib.
Pressklub.az Sputnik Armeniya-ya istinadla xəbər verir ki, o, Paşinyanın İrəvanın Madrid prinsiplərini danışıqların əsası kimi qəbul edərək "Dağlıq" Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə bəyanatını yersiz hesab edir.
Erməni Apostol Kilsəsinin rəhbəri vurğulayıb ki, Qarabağ məsələsi ermənilər üçün ən vacib məsələdir və bu mövzu bütün xalqı narahat edir.
II Qaregin deyib ki, xalqın mövqeyi aydındır: "Dağlıq" Qarabağ sakinlərinin azad və müstəqil yaşamaq hüququnu qorumaq lazımdır. O, işlərin bu istiqamətdə aparıldığını vurğulayıb.
"Ümid edirik ki, işlər davam etdiriləcək və problem xalqımızın və beynəlxalq ictimaiyyətin səyləri ilə əlverişli şəkildə həll olunacaq. Biz hesab etmirik ki, bu cür bəyanatlar (Ermənistan baş nazirinin bəyanatı - red.) məqsədəuyğundur və problemin həllinə töhfə verə bilər”, - o, bildirib.
Bütün ermənilərin katolikosu hesab edir ki, Qarabağ məsələsinin nizamlanmasında tələsməyə ehtiyac yoxdur. "Dağlıq" Qarabağ xalqının öz müqəddəratını təyin etmək və müstəqil yaşamaq hüququnu qorumaq üçün hər şey edilməlidir.
"Mən "Artsaxı" Azərbaycanın bir hissəsi kimi təsəvvür edə bilmirəm. Bu, erməni xalqına qarşı yeni soyqırım və ermənilərin "Artsaxdan" qovulması demək olacaq. Biz "Artsax" xalqının müstəqil yaşamaq hüququnu təmin etmək üçün beynəlxalq normalar və qanunlar çərçivəsində hər cür səy göstərməliyik”, - ermənilərin mənəvi lideri deyib.
Hakimiyyət "Dağlıq" Qarabağın Azərbaycanın tərkibində olacağı sülh müqaviləsi bağlamaq qərarı versə, kilsənin hansı addımlar atacağına gəlincə, Ali Patriarx bildirib ki, erməni xalqı bunu qəbul etməyəcək.
Eyni zamanda o, sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərlə tanış olmadığını və bu mövzuya münasibət bildirə bilməyəcəyini əlavə edib.
“Ancaq heç bir şübhə yoxdur ki, xalqımız "Artsax" xalqının azad və müstəqil yaşamaq hüququnu müdafiə edəcək”, - Erməni Apostol Kilsəsinin rəhbəri yekunlaşdırıb.