Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Kaş anam 2-3 il də yaşayardı və başqa cür olardım” - VİDEO

Peşəkar Futbol Liqası (PFL) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 51 yaşı tamam olması münasibətilə videosüjet hazırlayıb.

Videosüjetdə təcrübəli mütəxəssisin Zaqatalanın Aşağı Tala kəndindəki qonşuları, qardaşı Maarif Qurbanov fikirlərini bölüşüblər. Onlar Q. Qurbanovun uşaqlıqdan futbola olan həvəsindən söz açıblar.

Həmçinin məşqçi fikirlərini bildirib. O, anasından danışıb: “Həyatımızda elə insanlar olur ki deyirik, nə olardı ki 2-3 il də yaşayardı və başqa cür olardım. Nə eləsək də, anamızın haqqını verə bilmərik. Onun məndən tələb etdiklərini, övladları üçün etdiklərini düşünəndə fikirləşirəm ki, biz necə elə valideyn ola bilərik? Saatlarla, günlərlə danışaram, amma onun haqqını tam verə bilmərəm”.