"Kanal 11" TV-nın rəhbərinə 8 il həbs cəzası kəsilib
28 Dekabr 2024
"Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmə prosesi dekabrın 28-də çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Azad Məcidovun sədrliyi ilə Teymur Kərimovu 8 il həbsə məhkum edib. İstək Totiyevaya iki il sınaq müddəti seçilməklə şərti cəza verib.
Dövlət ittihamçısı Teymur Kərimovun 9 il, İstək Totiyevanın 3 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
Kərimov ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini bildirib. Onun vəkilləri hökmdən apellyasiya şikayəti verəcəklərini deyiblər.
* Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.
Kərimov yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.