Logo
news content
User
Kateqoriyalar

Xəbər

Jah Khalib: “Ukraynalılar mənimlə hamilə xanımımın təxliyəsinə kömək etdilər”

Xəbər verdiyimiz kimi, Dövlət Dumasının deputatı Yana Lantratova Rusiya Baş Prokurorluğuna müraciət edərək azərbaycanəsilli qazaxıstanlı reper Jah Khalibin (Bəxtiyar Məmmədov) bu yaxınlarda Moskva və Sankt-Peterburqda keçirilməsi planlaşdırılan konsertlərinin ləğvini xahiş edib.

O, Jah Khalibi Ukrayna Silahlı Qüvvələrini açıq şəkildə dəstəkləməkdə ittiham edib. Bunun ardından ifaçının Moskva və Sankt-Peterburqda baş tutmalı olan konserti ləğv olunub.

Bir neçə gündür məsələni şərh etməyən Jah Khalib nəhayət səssizliyi pozub.

O, instaqram-da bunları qeyd edib: “Bu minnətdarlıq “hekayəsi” çətin anda öz təhlükəsizliyi barədə düşünmədən mənə və hamiləliyinin səkkizinci ayında olan həyat yoldaşıma bomba sığınacağından təxliyə olunmaqda və problemsiz Qazaxıstana çatmağımıza kömək edən Ukraynanın sadə insanlarınadır. Nəticədə, Allaha şükür, tamamilə sağlam qızım doğuldu. Artıq bir ildir onunla mənə doğma olan Almatı şəhərində yaşayırıq”.

Jah Khalib bildirib ki, komandasının, demək olar, bütün üzvləri Rusiya vətəndaşıdır və orada yaşayırlar: “Dinləyicilərimin çoxu elə bu ölkədə yaşayır. Mən Rusiyaya hər zaman xoş niyyətlə gəlirəm, məmnuniyyətlə konsertlər verirəm, bu da mənim Rusiyadakı bütün xalqlara olan yaxşı münasibətimi nümayiş etdirir”.

O, açıqlamasını bu sözlərlə bitirib: “Bu yalana inanmayan bütün sağlam düşüncəli və adekvat insanları təkcə sevmirəm, sizə heyranam”.

Qeyd edək ki, Jah Khalibin həyat yoldaşı İslamı qəbul etmiş ukrayanalı xanımdır. Сütlüyün bir qız övladı var.