Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsveç səfiri Türkiyə XİN-ə çağırılıb

İsveçin Türkiyədəki səfiri Staffan Herrström Türkiyə XİN-ə çağırılıb.

Səbəb olaraq Türkiyənin Stokholmdaki səfirliyi yaxınlığında Qurani-Kərimin yandırılmasına icazənin verilməsi qeyd olunub.

Səfirə Türkiyənin bu qərarı qəti şəkildə pislədiyi, İsveçin belə münasibət sərgiləməsinin qəbuledilməz olduğu bildirilib.