Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbulda AK Partiyanın bürolarına silahlı hücum

Türkiyənin İstanbul şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Bağçalıevlər rayonu üzrə kommunikasiya və seçki bürolarına silahlı hücum olub.

Pressklub.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 22:15 radələrində baş verən hadisədə ölən və ya yaralanan olmayıb. İnsidentdən dərhal sonra partiyanın İstanbul şəhəri üzrə rəhbəri Osman Nuri Kabaktepe sosial şəbəkədə paylaşım edərək silahlı hücumu pisləyib: “Biz bu hücumlara fürsət verməyəcək və həmşəhərlilərimizlə demokratiya havasında görüşməyə davam edəcəyik”.

Olay yerinə çox sayda polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha öncə müxalif İYİ Partiyanın İstanbul şəhərindəki mərkəzi binasına silahlı hücum olmuşdu. Martın 31-də baş verən həmin hadisədə də ölən və ya yaralanan olmamışdı.