Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail Suriyadakı İran konsulluğunu bombalayıb - Yüksək vəzifəli generallar öldürülüb

İsrailin Müdafiə Ordusu Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib.

"Ria Novosti"yə istinadən xəbər verir ki, hava hücumu nəticəsində 11 nəfər həlak olub.

Ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) briqada generalı Məhəmməd Rza Zahedi və general Məhəmməd Hadi Hacı Rəhimi də var.

Zahedi 2007-ci ildə Tehranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyalar tətbiq etdiyi şəxslər siyahısındadır. Zahedi 2005-2008-ci illərdə İran İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı, 2008-2016-cı illərdə isə Əl-Qüds qüvvələrinin Livan və Suriyadakı bölmələrinə komandanlıq edib.

Bundan başqa, SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah da hava hücumunda öldürülüb.

Ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iranlı hərbçiləri, üçü Suriya, digəri isə Livan vətəndaşıdır.

SEPAH 7 üzvünün İsrailin Suriyadakı İran konsulluğuna hücumda öldüyünü təsdiqləyib.