İşgəncədən psixi xəstə olan Bəhruzun anası: 'Siqaret yanığından bədənində salamat yer yoxdur'
20 Aprel 2023
Tərtər hadisələri zamanı işgəncə nəticəsində sağlamlığını itirmiş Bəhruz Novruzovun anası Aygün Novruzova deyir ki, Azərbaycanda oğlunun müalicəsi yoxdur. Ona görə də oğlunun müalicə üçün Türkiyəyə göndərilməsini tələb edir. O, aprelin 18-də dövlətə xəyanət işi çərçivəsində işgəncələrə görə mühakimə olunanların məhkəməsində bu tələblə çıxış edib. Söhbət o dövrdə hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev, kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun məhkəməsindən gedir.
Novruzovanın sözlərinə görə, oğlu Tərtərdə işgəncələr nəticəsində şikəst olub, psixikası pozulub, hazırda da xəstəxanadadır. Bu üzdən illərdir müxtəlif qurumlarda etibarnamə əsasında oğlunu özü təmsil edir. Məhkəmədə də zərərçəkmişin nümayəndəsi qismində izahat verib: "Oğlum tank bölüyündə xidmət edirdi. (Korpus komandiri) Hikmət Həsənov ondan tələb edib desin ki, erməniyə işləyir. Əl-qolu bağlı vəziyyətdə təpiklər vurublar başına-başına. O qədər tok veriblər, gözləri indi də bərəlib qalıb, yerinə qayıtmır. Bədənində o qədər siqaret söndürüblər, salamat yer yoxdur. Hansını deyim...".
Anası danışır ki, bu vəziyyətdə Bəhruzu həbs ediblər. O, 10 ay həbsdə saxlandıqdan sonra həbsdən buraxılıb. Zərərçəkmişin nümayəndəsinin sözlərinə görə, Tərtər Hərbi Məhkəməsində həbs-qətimkan tədbiri seçiləndə oğlu hakimin qarşısına xərəkdə çıxarılıb.
"O vəziyyətdə oğlum haqqında həbs-qətimkan tədbiri seçilib. Yazıblar ki, guya, hündürlükdən yıxılıb o vəziyyətə düşüb. Halbuki hakim özü də yaxşı bilirdi ki, işgəncə nəticəsində bu vəziyyətə düşüb...", – Novruzovanın sözləridir.
Onun sözlərinə görə, oğlunun başına gələnlərə görə təzminat ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Nəsimi Rayon Məhkəməsi bir müddət öncə onun iddiasını qismən təmin edib – Maliyyə Nazirliyinin 20 min təzminat ödəməsinə qərar verib. Lakin nazirlik narazı qalıb, apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. Maliyyə Nazirliyinin apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət edib-etmədiyi məlum deyil.
Novruzova sonda vurğulayıb ki, oğlunun sağalmasını, əvvəlki vəziyyətinə qayıtmasını istəyir. Deyir ki, Bakıda, Gəncədəki xəstəxanalarda dəfələrlə olunan müalicələrin effekti yoxdur, bu üzdən mütləq Türkiyəyə göndərilməlidir.
Hakim ona izah edib ki, məhkəmədə zərərçəkmişin nümayəndəsi olaraq, mülki iddia qaldırmaq hüququ var.
Başqa bir zərərçəkmiş Rəfael Emçiyevin isə tələbi budur ki, Tərtər hadisələrində əli olan, bu gün də yüksək vəzifələrdə təmsil olunan şəxslər cəzalandırılsın.
Emçiyev deyir ki, ona qarşı işgəncələrdə şəxsən korpus komandiri Hikmət Həsənov, Hərbi prokuror Xanlar Vəliyev də iştirak edib. "Xanlar Vəliyev şəxsən mənə dedi ki, "boynuna al, sən vətən xainisən". Dedilər ki, "sənədlərə qol çək, işini yüngülləşdirib, rüşvət ittihamı ilə iki il həbsə göndərək səni, bu qədər işgəncə də olmasın". Dedim, bu qədər vətən xaini olar? Olsun 100 nəfər. Min-iki min nəfər vətən xaini olmaz ki...", – zərərçəkmiş Emçiyevin sözləridir.
Onun sözlərinə görə, avtomatın qundağı ilə dəyən zərbələrdən huşunu itirmişdi. Onu neytral zonaya keçərək ermənilərlə əlaqədə olmaqda suçlayırdılar. Deyir ki, heç vaxt həmin zonaya getməmişdi, bu haqda iddialar yalan idi.
İndiyədək "Tərtər işi" üzrə məhkəmə proseslərində adları çəkilən yüksək vəzifəli rəsmilər ittihamları cavablandırmayıb, mediaya açıqlama verməyiblər.
Zərərçəkən Yusif Əsədov məhkəmədə danışıb ki, Tərtərdə hadisələr onun rəhbərlik etdiyi bölükdən başlayıb. 2017-ci il aprelin 28-də gecə 12 radələrində xəbər gəlib ki, hərbi qulluqçu Turan İbrahimli postu tərk edib. Onu axtarıblar, 20 dəqiqə sonra minalı ərazidən tapıblar: "Soruşanda dedi ki, gedirdim düşməndən leytenantın intiqamını almağa. Gah dedi ki, başıma vurub apardılar. Səhəri gün gəlib bizi apardılar. Ondan əvvəl məndən soruşdular ki, o əsgəri incitmisən? Onun üçün məzuniyyət sənədi aldılar. Mehman Hüseynovun (işgəncələr zamanı həyatını itirənlərdən biri-red.) manqası axtarıldı. Bizi apardıqları yerdə içəri girən kimi Mehmanın manqasını gördük. Hamısı çılpaq idi. Hərbi polisin rəisi, hərbi prokuror, Hikmət Həsənov... hamısı orada idi. Mehmana o qədər işgəncə verilmişdi, demək olar, ölmüşdü...".
Əsədovun sözlərinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xalası oğlu Babək Əliyev də işgəncəyə məruz qalanlar arasında idi. O iddia edir ki, Əliyevə işgəncə verənlər həmin vaxt İbrahimovun da ruhunu təhqir edirdilər: "Deyirdilər ki, o da sənin kimi xain olub...".
Məhkəmə iclasında zərərçəkənlər arasında qarşılıqlı ittihamlar səslənib. Məlum olub ki, vaxtilə zərərçəkənlərin bir neçəsi bir-birinin əleyhinə ifadələr verib. Belə ifadə vermiş şəxslər bunu işgəncələrə dözə bilməmələri ilə izah ediblər.
"Orada hamı işgəncəyə məruz qalıb, bir-birinin üzünə durub. Mən də 18 ay həbsdə olmuşam. Məqsədim yalandan kiminsə üzünə durmaq olsaydı, axıra qədər dirənərdim. Oradakı işgəncəyə dözmək mümkün deyildi. Ona görə əvvəlki ifadəyə qol çəkmişəm. Sonra imtina etdim o ifadədən", – Əsədov ünvanına səslənən ittihamlara belə cavab verib.
Başqa bir zərərçəkmiş Faiq Əhmədov da vurğulayıb ki, sözügedən ifadələri kimsə öz iradəsi ilə verməyib. Onun sözlərinə görə, sonradan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) təkrar dindirmədə ondan ilkin ifadələrin işgəncə altında alındığını bildirib, onlardan imtina edib.
"Orada elə davranırdılar, dözmək olmurdu. Üzr istəyirəm, mən xoşluqla heç kimin üzünə durmamışam. Mənim də üzümə duran çox olub...", – tağım komandiri Əhmədovun sözləridir.
Tərtər işgəncələri üzrə məhkəmə araşdırmaları davam edir.
Təqsirləndirilən şəxslər qanunsuz azadlıqdan məhrum etmə, işgəncə vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələrlə ittiham olunurlar. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.
İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib.
"Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib. (AzadlıqRadiosu)

"Yazıblar ki, guya, hündürlükdən yıxılıb"

"Dedi ki, "boynuna al, sən vətən xainisən""

"Deyirdilər ki, o da sənin kimi xain olub"
Zərərçəkən Yusif Əsədov məhkəmədə danışıb ki, Tərtərdə hadisələr onun rəhbərlik etdiyi bölükdən başlayıb. 2017-ci il aprelin 28-də gecə 12 radələrində xəbər gəlib ki, hərbi qulluqçu Turan İbrahimli postu tərk edib. Onu axtarıblar, 20 dəqiqə sonra minalı ərazidən tapıblar: "Soruşanda dedi ki, gedirdim düşməndən leytenantın intiqamını almağa. Gah dedi ki, başıma vurub apardılar. Səhəri gün gəlib bizi apardılar. Ondan əvvəl məndən soruşdular ki, o əsgəri incitmisən? Onun üçün məzuniyyət sənədi aldılar. Mehman Hüseynovun (işgəncələr zamanı həyatını itirənlərdən biri-red.) manqası axtarıldı. Bizi apardıqları yerdə içəri girən kimi Mehmanın manqasını gördük. Hamısı çılpaq idi. Hərbi polisin rəisi, hərbi prokuror, Hikmət Həsənov... hamısı orada idi. Mehmana o qədər işgəncə verilmişdi, demək olar, ölmüşdü...".
Əsədovun sözlərinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xalası oğlu Babək Əliyev də işgəncəyə məruz qalanlar arasında idi. O iddia edir ki, Əliyevə işgəncə verənlər həmin vaxt İbrahimovun da ruhunu təhqir edirdilər: "Deyirdilər ki, o da sənin kimi xain olub...".
"Sonra imtina etdim o ifadədən"
Məhkəmə iclasında zərərçəkənlər arasında qarşılıqlı ittihamlar səslənib. Məlum olub ki, vaxtilə zərərçəkənlərin bir neçəsi bir-birinin əleyhinə ifadələr verib. Belə ifadə vermiş şəxslər bunu işgəncələrə dözə bilməmələri ilə izah ediblər.
"Orada hamı işgəncəyə məruz qalıb, bir-birinin üzünə durub. Mən də 18 ay həbsdə olmuşam. Məqsədim yalandan kiminsə üzünə durmaq olsaydı, axıra qədər dirənərdim. Oradakı işgəncəyə dözmək mümkün deyildi. Ona görə əvvəlki ifadəyə qol çəkmişəm. Sonra imtina etdim o ifadədən", – Əsədov ünvanına səslənən ittihamlara belə cavab verib.
Başqa bir zərərçəkmiş Faiq Əhmədov da vurğulayıb ki, sözügedən ifadələri kimsə öz iradəsi ilə verməyib. Onun sözlərinə görə, sonradan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) təkrar dindirmədə ondan ilkin ifadələrin işgəncə altında alındığını bildirib, onlardan imtina edib.
"Orada elə davranırdılar, dözmək olmurdu. Üzr istəyirəm, mən xoşluqla heç kimin üzünə durmamışam. Mənim də üzümə duran çox olub...", – tağım komandiri Əhmədovun sözləridir.
Tərtər işgəncələri üzrə məhkəmə araşdırmaları davam edir.
Xatırlatma