İrəvan Bakının sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib - Qriqoryan
09 Yanvar 2024
Yanvarın 4-də Ermənistan Azərbaycanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
"Biz iki həftə ərzində onların təkliflərinə cavab verdik. İndi Azərbaycanın cavabını gözləyirik", deyə Qriqoryan bildirib. Bəzi məsələlər var ki, danışıqlar zamanı onlarla bağlı irəliləyiş əldə olunmayıb. Tezliklə bu məsələlərlə bağlı da irəliləyiş əldə edəcəyimizi və qalan məsələləri danışıqlar zamanı həll etməyin və sülh sazişi imzalamağın mümkün olacağını gözləyirik", deyə Qriqoryan qeyd edib.
O, təkliflərin məzmununu və sülh sazişi layihəsini açıqlamayıb. Eyni zamanda, Qriqoryan qeyd edib ki, yanvarın sonlarında sərhədin delimitasiyası üzrə ikitərəfli komissiyanın iclası keçiriləcək, bu iclasda bir sıra mübahisəli məsələlər həll oluna bilər.