İranla gərgin münasibətlər – "Hər iki tərəfdə Azərbaycan vətəndaşları əziyyət çəkir"
19 Aprel 2023
Almaniyadan İrana getdiyi deyilən Azərbaycan vətəndaşı Fərid Səfərlidən artıq 40 günə yaxındır (martın 9-dan) xəbər yoxdur.
Martın 21-də də daha iki Azərbaycan vətəndaşı - Vüsal Quliyev və Rövşən Seyidovun da İranda saxlandığı deyilir. Beləliklə, artıq üç Azərbaycan vətəndaşının İranda yoxa çıxdığı söylənir.
F.Səfərlinin İranda yoxa çıxması ilə bağlı xəbər yayılandan sonra Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın Bakıdakı səfirliyinə nota təqdim edib. Notada səfirlikdən məsələyə aydınlıq gətirilməsi istənilib. Amma, hələlik, cavab yoxdur.
Hələ yanvarın 31-də XİN vətəndaşları Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra İrana səfərdən çəkinməyə çağırmışdı. "İrandakı qeyri-sabit vəziyyət və Azərbaycan diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə bu ölkəyə səfər etməməyi tövsiyə edirik", - müraciətdə yazılırdı.
İranda saxlanıldığı bildirilən V.Quliyevin atası Firudin Quliyev AzadlıqRadiosuna bildirib ki, oğlu Təbrizə müalicə məqsədilə gedən həmkəndlisi R.Seyidovla yola düşüb: "Biz Naxçıvanda yaşayırıq. Martda Türkiyə ərazisi vasitəsilə İrana gediblər. Orada Azərbaycan bayrağı qaldırdıqlarına görə həbs olunublar. Hazırda İran xüsusi xidmət orqanlarının həbsxanasındadırlar".
F.Quliyevin söyləməsinə görə, martın 21-dən oğlundan xəbər ala bilmir və çox narahatdır: "Azərbaycan Xarici İşlər Nazirliyinə məktub yazdım, amma bizə heç bir xəbər verilmir".
Azərbaycan XİN-dən "Turan"a bildirilib ki, həmin şəxslərdən, hələlik, xəbər yoxdur: "İran tərəfinə rəsmi sorğu göndərilib. Tədbirlər görülür".

"Azərbaycan bayrağı qaldırdıqlarına görə həbs olunublar"