Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın xarici işlər naziri parlamentdə impiçment edilə bilər

İran İslam Şurası (Parlament) xarici işlər naziri Hüseyn Əmir Abdullahianı İran İslam Respublikasına qarşı tətbiq edilən sanksiyalara görə məsuliyyətə cəlb etməyi planlaşdırır.

Pressklub.az xəbər verir ki, bunu İranın Sistan-Bəlucistan vilayətinin Zabol şəhərinin İran İslam Şurasındakı (Parlament) nümayəndəsi Həbibullah Dahmardeh deyib.

O, xarici işlər naziri Hüseyn Əmir Abdullahiana qarşı tədbir görülməsinə çağırıb.

Deputat bildirib ki, Nüvə proqramına görə rejimə qarşı sanksiyaların davam etdiyi bir vaxtda İran dərin iqtisadi böhran içərisindədir.

“İrana qarşı sanksiyalar xarici işlər naziri ilə bağlıdır və nazirliyin idarəçiləri və səfirlərinin təyinatlarını şübhə altına alır”, - deputat vurğulayıb.

O əlavə edib ki, Abdullahianın impiçmenti tələbi həm də Talibanın Əfqanıstandan quraq Sistan-Bəlucistan əyalətinə ortaq su axınını məhdudlaşdırmaq üzrə addımları ilə bağlıdır.

Xarici işlər nazirinin impiçmentində imzaların sayı lazım olandan üç dəfə çoxdur.