Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrandan “Taliban”a dəstək - Qadınların təhsil hüququ Əfqanıstanın daxili işidir

İran hesab edir ki, qadınların hüquqları və onların təhsili ilə bağlı məsələlərin həlli Əfqanıstanın daxili işidir.

Pressklub.az xəbər verir ki, bu açıqlama ilə İranın Əfqanıstandakı səfiri Həsən Kazemi Kabildə “Taliban” hakimiyyətinin təsis etdiyi yaxşılıqlara təşviq etmə və qadağalardan çəkindirmə nazirliyinin başçısı Məhəmməd Xalid Hənəfi ilə görüşdə deyib.

Öz növbəsində Məhəmməd Xalid Hənəfi İslam ölkələrinin birliyinin, onlara edilən təzyiqlərə müqavimət göstərilməsinin zəruriliyini vurğulayıb.