Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran səfirinin diplomtik missiyası başa çatıb, amma fəaliyyətini davam etdirəcək

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatıb.

Bu barədə diplomatik mənbədən məlumat verilib.

“Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin. Ona görə qeyd etmək lazımdır ki, cənab səfir Azərbaycan Respublikasının səfirliyinin fəaliyyəti bərpa olanadək öz fəaliyyətini davam etdirəcək”, - məlumatda vurğulanıb. (Report)