Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran-Rusiya "qardaşlığında" yeni səhifə - Vizasız rejim

İran və Rusiya arasında münasibətlərdə yeni mərhələ başlaya bilər. Belə ki, artıq bir çox sahələrdə "qardaş" münasibəti quran keçmiş "mehriban düşmənlər" bu dəfə viza məsələsini həll etmək istəyirlər.

Pressklub.az xəbər verir ki, ağır sanksiyalar altında olan və vətəndaşlarının bir çox ölkələrə səfəri qadağan edilən Moskva və Tehran bir-birinə qonaq getməyi asanlaşdırmaq istəyirlər. Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali keçirdiyi mətbuat konfransında bəyan edib. O, Moskva və Tehranın 2023-cü ildə vizasız rejimin tətbiqi ilə bağlı razılığa gələ biləcəklərini bildirib.

Onun sözlərinə görə, İran tərəfi bu məsələ ilə bağlı Rusiyadan cavab gözləyir və vizanı ən qısa zamanda ləğv etməyə hazırdır.

Cəlali vurğulayıb ki, iki ölkə arasında vizasız rejimin tətbiqi perspektivi var və İran İslam Respublikası nəinki belə bir tədbirlə razılaşır, həm də bu məsələdə öz tərəfindən addımlar atıb.

İranlı diplomatın qeyd etdiyi kimi, hazırda İran Rusiya rəsmilərinin rəyini gözləyir və əgər Rusiya da İran kimi müvafiq hazırlığın olduğunu bəyan etsə, o zaman iki ölkə arasında vizasız rejimi mümkün olduğu qədər tez elan etmək olar.