İnsanların Marsa göndərilmə qiyməti açıqlandı
04 Fevral 2022
İnsanların Marsa göndərilməsi hazırki şərtlərdə 1 trilyon dollara başa gələ bilər.
Bu sözləri “Speys X” şirkətinin rəhbəri, milyarder İlon Mask deyib.
“Biz Marsda koloniyalar yarada bilmərik, çünki indi bu, çox bahadır. Hazırki dövrdə insanların Marsa göndərilməsi 1 trilyon dollara başa gələcək. Məsələ burasındadır ki, bir raket kifayət deyil, insanlara tibbi təchizat, kommunikasiya vasitələri gərəkdir”, - deyə Mask bildirib.
Qeyd edək ki, milyarder bundan öncə də yaxın 5-10 il ərzində Marsda koloniyaların yaradılması planının olduğunu açıqlayıb.