İlham Əliyev Şahin Bağırovu Dövlət Gömrük Komitəsinin sədri təyin etdi
14 Fevral 2023
Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.
Pressklub.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ş.Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb, 2014-cü ildən 2022-ci il iyulun 22-dək DGK sədrinin müavini vəzifəsində, həmin gündən indiyədək Komitə sədrinin birinci müavini vəzifəsində çalışıb.