Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə edilib.

Bu təyinatadək Namiq İslamzadə Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

Qeyd edək ki, mayın 11-də Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

Qeyd edək ki, bu barədə ilk xəbəri "manset.az" saytı yayıb.