Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hər gün yeni səngər qazıb, meyitlərlə doldurublar - Mariupolda dəhşət yaşanıb

Manquş kəndində Rusiya hərbçiləri üç mindən doqquz minə qədər Mariupol sakinini basdıra bilərdilər. Belə ki, şəhərdə öldürülənlərin ümumi sayı, təxmini hesablamalara görə, 22 min nəfərdir.

Bu barədə Mariupol Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, işğalçılar aprel ayı ərzində hər gün yeni səngərlər qazıb, meyitlərlə doldurublar.

“21-ci əsrin ən böyük hərbi cinayəti Mariupolda törədilib. Bu, yeni Babi Yardır. Orada Hitler yəhudiləri, qaraçıları və slavyanları öldürdü. İndi də Putin ukraynalıları məhv edir. O, artıq Mariupolda on minlərlə vətəndaşı qətlə yetirib. Bu isə bütün sivil dünyanın güclü reaksiyasını tələb edir”, - deyə şəhərin meri Vadim Boyçenko vurğulayıb və əlavə edib ki, soyqırımı dərhal dayandırılmalıdır.