Logo
news content
User
Kateqoriyalar

Xəbər

HƏMAS-ın yeni lideri də öldürülüb - FOTO

Fələstinin HƏMAS Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar Qəzza zolağında öldürülüb.

Bu barədə "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.

“Təhlükəsizlik sistemindəki mənbə bu gün HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib”, – məlumatda qeyd olunub.

İsrailin xarici işlər naziri İsrael Katz da Yəhya Sinvarın İsrail əsgərləri tərəfindən öldürüldüyünü təsdiqləyib.

“7 oktyabr 2023-cü il hücumlarında məsuliyyət daşıyan Sinvar İsrail ordusu əsgərləri tərəfindən öldürülüb”, - məlumatda deyilir.

Sivarın 61 yaşı var. O, avqustun 6-dan HƏMAS-ın siyasi bürosuna rəhbərlik edir, buna qədər təşkilatın hərbi qanadına rəhbərlik edib. O, bu vəzifədə iyulda Tehranda İsrailin raket zərbəsi nəticəsində həlak olan İsmayıl Həniyəni əvəz edib. 

“Al Hadath” telekanalının məlumatına görə, Yəhya Sinvarla birlikdə HƏMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam briqadaları”nın rəhbərliyindən bir neçə nəfər də Rəfah şəhərində öldürülüb.