Hatayda xilasetmə işləri davam etdiriləcək
25 Fevral 2023
“Zəlzələlərdən sonra Hatayda vəziyyət daha ciddidir və buna görə də orada axtarış-xilasetmə işlərinin hələ bir müddət davam edəcəyi gözlənilir”.
Pressklub.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kahramanaraş və Adıyamanda isə axtarış-xilasetmə işləri bitmək üzrədir: “Müvafiq qurumlar öz öhdəliklərini yerinə yetirirlər. Yenidənqurma-bərpa işlərini sürətlə həyata keçirmək lazımdır”.
Nazir problemlərin həlli üçün zamana ehtiyacın olduğunu söyləyib: "Nəyə ehtiyacımızın olduğunu bilirik. Zəlzələdən sonrakı ilk günlərdə olan xaos indi yoxdur. Əlbəttə, bu fəlakət unudulmayacaq. Amma həyat davam edir".