Hatayda daha bir zəlzələ: bir neçə bina çoküb
24 Fevral 2023
Türkiyənin Hatay vilayətində 5 bal gücündə daha bir zəlzələ baş verib.
Pressklub.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələnin episentri Defne rayonudur.
Hatay valisi Rəhmi Doğan bildirib ki, təkandan dərhal sonra axtarış-xilasetmə dəstələri araşdırma aparıblar.
“İlkin məlumata görə, bir neçə zədəli binanın uçmasından başqa elə bir dağıntı yoxdur. Yaralanma və ya uçqun altında qalma halı da olmayıb” - deyə vali bildirib.