Logo
news content
User
Kateqoriyalar

Xəbər

Haaqa Məhkəməsi Putinin həbsinə qərar verdi

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib.

Bu barədə qurumun press-relizində deyilir.

Məhkəmə izah edir ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.

Xatırladaq ki, hələ cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhqiqat Komissiyası bəyan etmişdi ki, ukraynalı uşaqların Rusiyaya aparılması müharibə cinayəti sayıla bilər.