Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanda müəmmalı əsgər ölümləri - Artıq üçüncü hərbçinin meyiti tapılıb

Gürcüstanın Acarıstan bölgəsinin Kobuleti rayonunda meşədə asılı vəziyyətdə kişi meyiti aşkarlanıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

Hadisənin bu yaxınlarda baş verdiyi bildirilib. Meyitin 32 yaşlı hərbçi Mövlud Bendelianiyə məxsus olduğu müəyyən edilib.

Hərbi qulluqçunun yaxınları onun sui-qəsd etdiyinə inanmırlar. Onlar faktla bağlı təxirəsalınmaz istintaqın aparılmasını tələb ediblər.

M.Bendeliani 2008-ci ilin avqust müharibəsinin iştirakçısı olub. O, Əfqanıstanda sülhməramlı missiyada da xidmət edib.

Qeyd edək ki, bu, son günlərdə Gürcüstanda hərbçi ölümü ilə bağlı qeydə alınmış artıq üçüncü faktdır. Ötən gün Müdafiə Qüvvələrinin 45 yaşlı zabiti Şalva Tabatadze Qori bələdiyyəsinin Ortaşeni kəndində ölü tapılıb. Müdafiə Qüvvələrinin kapralı 31 yaşlı David Turkadze isə fevralın 9-da Rustavi şəhərində yanacaqdoldurma məntəqəsində saxladığı maşınında ölmüş halda tapılıb. (Report)