Rusiya AZAL-ın təyyarəsinin vurulması faktını hər vəchlə ört-basdır edir
27 Dekabr 2024
Rusiya tərəfi Çeçenistan səmasında AZAL-ln təyyarəsinin vurulmasında əli olduğunu inkar etmək üçün hər şeyi edir. Rusiya KİV quşlarla toqquşma və təyyarənin düşməsindən əvvəl göyərtədə balonun partlaması barədə xəbərlər yayır.
Eyni zamanda, Qazaxıstan rəsmi şəxslərinə və adları açıqlanmayan, jiletlərin "yırtıq" olmasından, stüardessanın isə "anlaşılmaz dildə" danışmasından “şikayət edən” sərnişinlərə istinad edilir.
Əsasən TASS agentliyi bu gün Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevə istinad edib. O deyib ki, "Rostov" uçuşlarının rəhbəri “Aktau” aerodromu uçuş rəhbərinə bildirib ki, sərnişin kabinəsində oksigen balonu partlayıb, sərnişinlər huşunu itirir və enişdən sonra reanimasiya tələb edib.
Görünür, Azərbaycanın "strateji müttəfiqi" Kadırovçuların törətdiyi cinayəti etiraf etmək niyyətində deyil (ya da qorxur) və hesab edir ki, Bakı baş verənləri rahatca həzm edəcək.
Rusiya KİV təyyarəyə xarici təsir barədə "hipotezlər"in "spekulyasiya" olması ilə bağlı Qazaxıstan məmurlarının iddialarını da tirajlayır.