Görüş olmayacaq
17 Fevral 2023
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün bu gün Almaniyaya gedib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə fevralın 12-dən Almaniyadadır.
Qeyd edək ki, bəzi mənbələr artıq uzun müddətdir görüşməyən Azərbaycan prezidenti və Ermənistan baş nazirinin fürsətdən istifadə edərək Münhendə bir araya gələ biləcəklərini qeyd edirdilər. Amma belə bir görüş olmayacaq.
Pressklub.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan hökumətinin Mətbuat xidməti belə bir görüş planlaşdırılmadığını açıqlayıb.
“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün keçirilməsi planlaşdırılmır”, - deyə açıqlamada bildirilir.