Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Google Reklamlarına giriş: 10 addımda reklam yarat” kitabı işıq üzü görüb - FOTO

Azərbaycanda Rəqəmsal Marketinqin qollarından biri olan Google reklamları haqqında dilimizdə ilk kitab nəşr olunub. “Google Reklamlarına giriş: 10 addımda reklam yarat” adlı kitabın müəllifi rəqəmsal marketinq mütəxəssisi Tural Rüstəmlidir. Bu günlərdə “Libraff” kitab evində nəşrin təqdimatı keçirilib.



Müəllif Tural Rüstəmli bildirib ki, əsas məqsəd bu sahəyə yeni başlayanların kitabı oxuduqdan sonra müəyyən məlumat və bacarıqlara yiyələnməsidir.

Yeni başlayanlar üçün Rəqəmsal Marketinqin bir aləti olan Google ADS kampaniyalarının defolt parametrlərini, yaxud nə üçün istifadə olunduğunu başa düşmək çətin ola bilər. Yeni başlayan, yaxud başlamaq istəyən şəxslər üçün nəzərdə tutulan bu mini kitabda Google reklamlarının nə olduğu, hansı anlayışlardan ibarət olduğu haqqında müəyyən qədər təsəvvür yaratmağı və məlumatlandırmağı hədəfləyirik. Bu bələdçidə mümkün qədər sadələşdirilmiş dildə başlanğıc məlumatları həm nəzəri, həm praktiki şəkildə çatdırmağa çalışmışam – Tural Rüstəmli bildirib.

Təqdimat mərasimində marketinq mütəxəssisləri, biznes nümayəndələri, jurnalistlər və digər oxucular iştirak edib.

“Google Reklamlarına giriş: 10 addımda reklam yarat” kitabı “Libraff” mağazalarında may ayında ən çox satılan 10 kitab arasında 7-ci yeri tutub.