G7 ölkələri taxıl sazişinin uzadılmasını və genişləndirilməsini dəstəkləyiblər
23 Aprel 2023
Yeddilik Qrupu (G7) ölkələri taxıl sazişinin tam həyata keçirilməsini, vaxtın uzadılmasını və genişləndirilməsini qəti şəkildə dəstəkləyir.
Pressklub.az xəbər verir ki, bu barədə assosiasiyanın kənd təsərrüfatı məsələləri üzrə nazirlərinin aprelin 22-23-də Miyazakidə keçirilmiş danışıqlarının yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.
Nazirlər həmçinin G7-nin Kiyevə kənd təsərrüfatı infrastrukturunun, o cümlədən irriqasiya qurğularının, qida emalı zavodlarının və anbarlarının bərpasında, eləcə də ukraynalı fermerlərə maliyyə dəstəyinin göstərilməsində dəstək verməyə hazır olduqlarını bəyan ediblər.
Bundan əlavə, assosiasiya ölkələri kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi məsələsində Ukrayna hakimiyyətinə kömək etmək niyyətindədir.